"Böyük oyun"a az qalıb

quotboyuk-oyunquota-az-qalib
Oxunma sayı: 1203


“Qafqazinfo” xəbər verir ki, sabah “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edəcək. Böyük oyun statusunu daşıyan görüş avqustun 25-i saat 20:00-da Lənkəran şəhər stadionunda keçiriləcək. 3 turdan sonra 2 xal toplayan Con Toşakın komandasına “Neftçi” üzərində qələbə hava və su kimi lazımdır. Flaqman isə növbəti qələbəsini qazanıb yoluna itkisiz davam etdirməyi planlaşdırır.

Böyük oyunun digər əlamətdar cəhəti hər iki klubun azarkeşlərinin bu görüşə xüsusi hazırlaşmasıdır. Son dəfə mayın 28-də Azərbaycan kubokunun finalında iki klub arasında yaşanan insident sabahkı  matçda xüsusi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə səbəb olub. 

İqbal