"Bu ölkə nazirdən ibarət deyil, xadiməsi də var..." - ANS-in aparıcısı

quotbu-olke-nazirden-ibaret-deyil-xadimesi-de-varquot-
Oxunma sayı: 5203


"Qafqazinfo"nun məlumatına görə, bu sözləri Azərbaycanın tanınmış teleaparıcısı ANS TV-nin siması Elnarə Təhməzova verilişlərin birində deyib. O, ölkədəki otellərin bahalığından şikayətlənib:

"Başqa dövlətlərdə 15 evroya da olan otellər də var. Bizdə ancaq bahalı otellər var. Bu ölkənin əhalisi təkcə nazirlərdən, məmurlarda ibarət deyil. Bu ölkənin xadiməsi də, sürücüsü də var. Onların da haqqıdır ailələrini götürüb istirahətə getsinlər. Qoy sürücünün də, fəhlənin də istirahət edəcəyi yer olsun. Dəbdəbəli, modern olmasa da olar. Nömrədə bir çarpayı, bir duş olsun. Amma olsun."