"Caspian Sea Resort" turizm şirkətlərini bir araya gətirdi

quotcaspian-sea-resortquot-turizm-sirketlerini-bir-araya-getirdi
Oxunma sayı: 932


Azərbaycan Turizm Assosiasiyasının və aparıcı turizm şirkətləri nümayəndələrinin iştirak etdiyi iki günlük infotur zamanı qonaqlar Nabranda yerləşən istirahət mərkəzi ilə tanış olaraq, xidmət çeşidləri haqqında məlumatlandırıldılar. Qonaqları kompleks ilə tanış edən otelin direktoru Bəşir Hacıyev bildirdi ki, 2008-ci ildən fəaliyyət göstərən otelə müasir standartlara cavab verən restoranlar, əyləncə mərkəzi, 26 standart otaq, 2 villa və idman zalı daxildir. Elit səviyyəli istirahət mərkəzi qonaqlara tam xidmət kompleksini təqdim edir. Komfortlu, rahat villalarla yanaşı istirahət edənlərə gündə 3 dəfə İsveç masası formatında qidalanma, böyük hovuz, çimərlik voleybolu, disko klub, "Kids Club", fitnes, sauna, velosipedlər, bilyard, tennis, futbol/basketbol meydançaları, darts və digər xidmətlər təqdim edilir. Peşəkar və təcrübəli əməkdaşlarımız hər bir qonağa fərdi yanaşaraq, onun rahatlığı və istirahəti üçün çalışır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, “Caspian Sea Resort” artıq keyfiyyətli istirahəti qiymətləndirən müştərilərin seçimi kimi ad qazanıb.

İnfotur zamanı təşkil olunan brifinq çərçivəsində Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Caspian Sea Resort” otelinin Nabranın ən yaxşı istirahət mərkəzlərindən biri olduğunu vurğuladı.

“Caspian Sea Resort” istirahət mərkəzinin nümayəndəsi təqdimat zamanı qeyd etdi ki, burada ailəvi istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. 24 saat fasiləsiz xidmət göstərən otel gün ərzində 110 nəfər qonağı qəbul etmək iqtidarındadır.

Qonaqların yaddaqalan istirahəti üçün həftəsonu oteldə milli və xarici musiqi proqramları təşkil edilir. Həmçinin, oteldə toy, ad günü və korporativ tədbirlərin, pikniklərin keçirilməsi üçün hər bir şərait yaradılıb.

Ayrıca, mütəmadi olaraq keçirilən kampaniyalar qonaqların xüsusi marağına səbəb olur. Nəzərinizə çatdıraq ki, "Ramazan Bayramı Bizimlə" kampaniyası “Caspian Sea Resort” mərkəzində 2 nəfərlik otaqda 1 nəfər üçün 4 gün/3 gecə bütün xidmətlər daxil cəmi 360 AZN-ə istirahət etməyə imkan verir. Əlavə məlumat almaq istəyənlər (050) 235 40 02 nömrəsinə zəng edə və ya [email protected] elektron ünvanına yaza bilərlər.

Qeyd edək ki, otel qonaqların istirahətini daha da maraqlı və sərfəli etmək məqsədilə yeni kampaniyalar üzərində işləyir.