"Çoxlu partlayışlar edəcəm"

quotcoxlu-partlayislar-edecemquot-
Oxunma sayı: 1677


“Artıq istirahət mövsümünü geridə qoyduq. İstirahətdə olsam da, yaradıcılıqla bağlı işlərimə fasilə vermədim. Bu müddətdə yeni rəqslər hazırladım. Daha sonra 2-ci biznesim olan xınayaxdı mərasimlərinin təşkilini yeni adda “Banu servis” adı altında açdım. Düşünürəm ki, bu yeni servisim də Azərbaycanda tanınacaq. 

Bundan əlavə şou-biznesdə say-seçmə dostlarımdan olan N.Qafarzadənin "Yaşıl" teatrda baş tutacaq konsertinə hazırlaşıram. “Maral” adlı rəqsi də həmin konsertdə nümayiş etdirəcəm. Hal-hazırda çox sıx iş rejimində çalışıram. Bu mövsümdə yeniliklərim və necə deyərlər partlayışlarım bol olacaq. Bir çox yeni, gözlənilməz layihələrə imza atacam. Hazırda həmin layihələrin yekunlaşma prosesi gedir. Hazır olduqdan sonra, pərəstişkarlarıma təqdim edəcəm. Gözləməyə dəyər”.