"Dağlıq Qarabağ münaqişəsinin həllindən..."

quotdagliq-qarabag-munaqisesinin-hellindenquot
Oxunma sayı: 957


Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının birinci iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov italiyalı deputat Giakomo Santini tərəfindən hazırlanmış qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair hesabat ətrafında aparılan müzakirələr zamanı çıxışında deyib.

Nümayəndə heyətinin sədri çıxışında diqqəti AŞ PA Bürosu və Daimi Komitəsinin Yerevanda keçirilən iclaslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə çəkib.

"Mən sizin diqqətinizi AŞ PA Bürosu və Daimi Komitəsinin Yerevanda keçirilən iclaslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə çəkmək istərdim. Azərbaycan nümayəndə heyəti adından AŞ PA sədri Jan-Klod Minyona təşəkkür etmək istərdim. Onun təşəbbüsü ilə biz bir çox iclaslar keçirdik. Biz habelə erməni nümayəndə heyətinin bu iclaslarda iştirak etməsinə cəhd etdik. Çünki onların bizimlə birlikdə toplaşaraq Dağlıq Qarabağ münaqişəsinin həllindən danışmasının zamanıdır. Münaqişə ilə bağlı Avropa Şurası tərəfindən sənədlər qəbul edilib. Bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinə dair fundamental bir sənəd olan 1416 saylı qətnaməni yada salmaq istərdim. Buna görə də ümid edirəm ki, erməni həmkarlar azərbaycanlı həmkarları ilə bu iclaslarda iştirak edərək və masa arxasında əyləşərək məsələ ilə bağlı müzakirələr aparmağa özlərində cəsarət tapacaqlar".

S.Seyidov qeyd edib ki, sözügedən hesabat əsl demokratiya böhranının yaşandığı bir vaxtda Avropanın müxtəlif ölkələrində nə baş verdiyini izləməyə imkan verir:

"Hazırda əsl demokratiya böhranının yaşandığı bir vaxtda Avropanın müxtəlif ölkələrində nə baş verdiyini izləmək çox maraqlıdır. Müzakirə olunan bu hesabat Avropa ölkələrində baş verənləri düzgün başa düşməyə imkan verir. Cari ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri beynəlxalq qaydalara tam hörmət şəraitində keçiriləcək. Biz Avropa Şurasının seçki öncəsi mərhələ də daxil olmaqla, seçkiləri müşahidə missiyasını qəbul etməyə hazırıq və mən Assambleyadakı həmkarlarımı bu müşahidə missiyasında iştirak etməyə dəvət edirəm. Çünki bu seçki Azərbaycanın, habelə bütün regionun gələcəyi üçün çox önəmlidir. Unutmaq lazım deyil ki, Azərbaycandan sonra Gürcüstanda da seçkilər keçiriləcək. Siz bu cür prezident seçkilərinin bizim regionda hansı maraq doğurduğunu təsəvvür edirsiniz".