"Dəhşətə gəlirəm..."

quotdehsete-geliremquot
Oxunma sayı: 1132



"Qafqazinfo xəbər verir ki, millət vəkili bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də respublikanın 18 şəhər və rayonunun orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrinin IX və XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarında məzunların aldıqları qiymətlərlə bağlı hesabatı oxuyuram və dəhşətə gəlirəm:

"İyunun 7-də keçirilən buraxılış imtahanında IX sinif şagirdlərinin 87.45, XI sinif şagirdlərinin isə 60.71 faizi “2” alıb. Dəhşətli rəqəmdir. Amma ən dəhşətlisi odur ki, IX sinif şagirdlərinin təxminən yarısı öz ana dilindən "2" alıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə açıqlamasında deyib ki,(APA) buraxılış imtahanlarında IX siniflər üzrə şagirdlərinin 46.59 faizi ana dilindən, 40.86 faizi isə riyaziyyatdan “2”, 36.33 faizi ana dilindən, 38.23 faizi riyaziyyatdan “3”, 11.77 faizi ana dilindən, 12.69 faizi riyaziyyatdan “4”, 5.31 faizi ana dilindən, 8.22 faizi isə riyaziyyatdan “5” qiyməti alıblar. Yəni cəmi 16 faiz şagird öz ana dilindən yaxşı və əla qiymətlər alıb. Maraqlıdır ki, XI sinif şagirdlərinin bu istiqamətdə göstəriciləri IX siniflərdən sadəcə bir az daha yaxşı olub. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki buraxılış imtahanlarında iştirak edən XI sinif şagirdlərinin də nəticələri müxtəlif olub. Belə ki, orta məktəblərin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarında onların Ana dili fənnindən 29.34 faizi “2”, 43.57 faizi “3”, 19.15 faizi “4”, 7.93 faizi isə “5” qiyməti alıb. “Riyaziyyat” fənnindən isə son sinfin məzunlarının 31.37 faizi “2”, 36.20 faizi “3”, 22.00 faizi “4”, 10.48 faizi isə “5” qiyməti alıb. İmtahanların keçirildiyi bu 18 rayon və onların məktəblər ciddi araşdırılmalı və pis nəticələr göstərən məktəblərin problemləri araşdırılmalı və təcili tədbirlər görülməlidir. Ümid edirəm ki, yeni təhsil naziri Mikayıl Cabbarov bu nəticələrlə bağlı həmin rayon və məktəblərdə ciddi araşdırmalar aparılması üçün göstəriş verəcək və qısa zamanda bu vəziyyətin aradan qaldırılması istiqamətində lazımı tədbirlər görüləcək və addımlar atılacaq. Şagirdlərin xüsusilə ana dili fənnindən bu qədər pis nəticələr göstərməsi insanı daha çox ağrıdır. Ümid edirəm ki, hər kəsi ciddi narahat edən bu vəziyyət tezliklə dəyişəcək".