"Ehtiyat üçün sabah da oruc tutmalıyıq" - - Şeyx

quotehtiyat-ucun-sabah-da-oruc-tutmaliyiqquot-
Oxunma sayı: 2495


APA-nın məlumatına görə, bu gün QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyx bildirib ki, Şamaxı rəsədxanası ilə QMİ arasında fikir ayrılığı olub və bu artıq həllini tapıb.

 Şeyx qeyd edib ki, artıq AMEA-nın Astrofizika İnstitutu ilə danışıqlar aparılıb və QMİ-nin tərtib etdiyi cədvəl əsasında ortaq razılığa gəlinib: “Mən burda yox idim deyə bu fikir ayrılığı cəmiyyətdə, mətbuatda bərk narazılıq yaratdı. Mənim özümə də mütəmadi zənglər olurdu. Mən gələndən sonra AMEA ilə danışıqlar apardıq, araşdırdıq və onlar da razılığa gəldilər ki, Ramazan ayı iyulun 10-dan başlayır. Yenə də bu dəqiq proqnoz deyil, çünki bunu ancaq Allah bilir ki, ay nə vaxt çıxacaq. Heç kim özündən qərar verə bilməz, istəyir əmmaməsi 10 metr olsun, yenə bu barədə qəti qərar verə bilməz. Bu Allahın işidir”.

 A.Paşazadə onu da deyib ki, ehtiyat üçün sabah - iyulun 9-u da oruc tutulacaq: “Çünki, yenə də dediyim kimi, bu ayın görünməsi ilə bağlıdır. Hər ehtimala qarşı biz oruc tutmalıyıq”.