"Ərli qadındır, utanmır sevgilisindən danışır" - - Röyaya

quoterli-qadindir-utanmir-sevgilisinden-danisirquot
Oxunma sayı: 4834


“Bəzən deyirlər xalqın gözü tərəzidir, amma son vaxtlar bu tərəzi xarab olub. İndi efirə çıxıb ağzına gələn sözü danışırlar. İnsanlar tərbiyəsizliyi səmimiyyət kimi yozur. Biri çıxıb efirdə deyir ki, sevgilimə tapşırın məni çox sevsin də... Ərli qadındır, utanmır sevgilisindən danışır. Son vaxtlar açıq danışmağa başlamışam. Şou-əhli məndən inciməsin. Müğənnilər var ki, evində əri var, sevgililərinin hesabına əlli min oyundan çıxırlar".

Tolikin sözlərinə görə, bəzi müğənnilər öz keçmişlərini unudub: 

"Deyir, mən Bakının mərkəzində yaşayıram, buna layiqəm. Yadına salmır ki, on il bundan əvvəl harada yaşayırdı. Bəziləri elə bilirdi ki, Tolik itəcək, batacaq. Amma indi öz işimdə hamıdan irəlidəyəm. Danışanda ad çəkmirəm. Bu o demək deyil ki, kimdənsə qorxuram. Xeyr, sadəcə kiminsə adını çəkmək istəmirəm”.

Qeyd edək ki, Tolikin "biri çıxıb efirdə deyir ki, sevgilimə tapşırın məni çox sevsin də... Ərli qadındır, utanmır sevgilisindən danışır" sözlərini müğənni Röyaya xitabən söylədiyi ehtimal edilir.  Röya bu gün qonaq olduğu “Gün keçir” verilişində balaca pərəstişkarından həmin sözləri deməsini istəyib.