"Facebook" statusuna görə 7 il həbs cəzası aldı

quotfacebookquot-statusuna-gore-7-il-hebs-cezasi-aldi
Oxunma sayı: 1611


“Qafqazinfo”nun ANN.Az-a istinadən verdiyi xəbərə görə, Banqladeş Mühəndislik və Texnologiya Universitetinin müəllimi Hafizur Rahman 2012-ci ildə "Facebook"da yazdığı statuslardan birində baş nazir Şeyx Hasinəni ölümlə hədələyib. 

"Biz ovçuyuq, biz birinci sənin başını sonra isə mədəni vuracağıq. Daha sonra başını kəsib universitetin qarşısında nümayiş etdirəcəyik ki, bundan sonra heç bir kaftar BUET-ə (Banqladeş Mühəndislik və Texnologiya Universiteti) hücum etməyə cürət etməsin",- deyə müəllim status yazıb.  Ancaq bu statusu Rahmana baha başa gəlib. Məhkəmə onu baş naziri ölümlə hədələməkdə təqsirkar bilərək  7 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, müəllimin bu statutu "Facebook"da yazması zamanı universitetin tələbələri hökumət tərəfindən təyin edilmiş rektorun istefa verməsi tələbi ilə aksiyalar keçirirdilər.