"Garant Holding" iftar həftəsinə start verir

quotgarant-holdingquot-iftar-heftesine-start-verir
Oxunma sayı: 999


Artıq neçənci ildir ki, Azərbaycanın ən iri holdinqlərindən biri olan Garant Holding (keçmiş ZQAN Holding) Ramazan ayı ərzində iftar aksiyaları həyata keçirir. Ötən illərdə nəqliyyatın hərəkətinin intensiv olduğu nöqtələrdə, svetofor və dayanacaqlarda iftar saatına gecikən insanlara su və xurma paylayan Holdinq əməkdaşları onların vaxtında iftar açmasına vəsilə olurdular. Bu il aksiyanın səciyyə və miqyası bir az da genişlənəcək. Belə ki, Ramazan ayının son həftəsi, avqustun 1-dən 7-ə qədər paytaxtın hər gün 10 nöqtəsində ““Garant Holding” iftar süfrəsinə dəvət edir” sloqanı altında insanlara su və xurma paylanacaq. Bununla yanaşı həftənin 4 günü 4 nöqtədə səyyar çadır qurularaq oruc tutan, amma iftar saatına gecikən insanlara yüngül yemək ikram olunacaq. Həmin çadırları avqustun 2, 4, 6 və 7-si paytaxtın qaynar, əhalinin sıx olduğu nöqtələrində görmək olacaq.

Bu ilki Razaman aksiyasında Garant Holding və onun tərkibinə daxil olan 9 şirkət iştirak edir: Qarant Sığorta, Azbentonit, M-Trans, Royal Estate, Ucar Aqro, Avtomedia, Transeurocom, AzPOD, Meridian Hotel. Aksiya boyunca hər gün 2000 insan olmaqla Ümumilikdə, 14000 nəfər “Garant Holding”-in iftar süfrəsinə qonaq ola bilər