"Heç bir şey paylaşmayacağam"

quothec-bir-sey-paylasmayacagamquot
Oxunma sayı: 1489


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  aktrisa uzun müddətdir sosial şəbəkələrdən istifadə etməməyinin səbəbini doğum günündə “İnstagram” səhifəsində açıqlayıb:

“Hər kəsə salam. Misir və Suriyada yaşanan hər andan xəbərdar olan insan kimi bir müddətdir yaşadığım, ya da gördüyüm gözəllikləri paylaşmağa əlim gəlmir.Misir və Suriyada baş verən hadisələr məni çox kədərləndirir. Elə vaxt olur ki, aldığım nəfəs məni utandırır. Amma bu gün mənim doğum günümdür. Bir ili daha bitirdim. Gözəl mesajlarınız, arzularınız üçün çox sağ olun, inanın çox xoşbəxt oluram. Buradan hamınıza sevginizə, varlığınıza görə təşəkkür edirəm. Hər şeydən xəbərsiz həyat haqqı əlindən alınan uşaqlar üçün dua edin. Bir müddət daha heç bir şey paylaşmayacam. Hamınıza sevgilərimi göndərirəm ... Bergüzar”