"Hicaba görə müəllimə qadağa qoymaq yanlışdır"

quothicaba-gore-muellime-qadaga-qoymaq-yanlisdirquot
Oxunma sayı: 1646


"Qafqazinfo" xəbər verir ki, Fazil Mustafa bu barədə Facebook hesabında yazıb:

"Təhsil Nazirliyinin Hicabla bağlı son açıqlanan mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Qanununa tamamilə uyğundur və bu mövqeni dəstəkləyirəm. Çünki qanunvericilikdə insanların inanclarına uyğun geyim formasına müdaxilə etməyə əsas verən heç bir norma yoxdur. Hicaba görə müəllimə və yetkinlik yaşına çatmış məktəbliyə təhsil qadağası qoymaq kökündən yanlışdır və bu lüzümsuz mübahisələrə və cəmiyyətiçi qarşıdurmaya rəvac verir. Bundan isə daha çox qonşuluğumuzda olan saxta İslam təəssübkeşləri ölkəmizdə vəziyyəti gərginləşdirmək üçün istifadə edirlər. Əlbəttə, Təhsil Nazirliyindən hicabla məktəbə gəlməməyin məqsədəuyğunluğu barədə müəllimlərə verilən tövsiyəni anlayışla qarşılamaq olar, ancaq bu tövsiyyənin daha çox uyğunsuz geyimlərdə məktəbə gələnlərə qarşı səsləndirilməsi daha yerində olardı".

Qeyd edək ki, Təhsil Nazirliyi məktəbə hicablı gələn müəllimin işdən çıxmağa sövq edilməsinin heç bir hüquqi əsasın olmadığını bildirib: "Lakin müəllim məktəbə əksəriyyətin qəbul etdiyi geyimdə gəlsə, daha məqsədəuyğun olar".