"Hürrəm Sultan" Bəyaza aşiq imiş

quothurrem-sultanquot-beyaza-asiq-imis
Oxunma sayı: 1816


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamilə olduğu üçün sevgilisi Can Ateş tərəfindən tərk edilən aktrisa Məryəm Uzerli maraqlı etiraf edib. 

Keçmiş sevgilisi üçün "Mən bir adama aşiq olmuşdum, amma o adam əslində yox idi" deyən Uzerlinin reportajda etdiyi etiraf hər kəsi təəccübləndirib. Məryəm Uzerli Türkiyəyə gəldiyi ilk vaxtlar başqa kişiyə vurulduğunu bildirib: "Türkiyəyə gəldiyim ilk günlər birini çox bəyənirdim. Amma onun xəbəri yox idi. Hislərim platonik idi. Ona görə o adama heç nə demədim”. 

Məryəm Uzerlinin bəyəndiyi kişinin məşhur aktyor Beyazıt Öztürk olduğu ehtimal olunur. Çünki Uzerlinin iki il əvvəl iştirak etdiyi “Beyaz Show”dan sonra iki məşhurun arasında sevgi münasibəti olduğu xəbərləri yayılıb. Aktrisa reportajda Türkiyədə yaşadığı ən xoşbəxt anlar arasında "Beyaz Show”dakı dəqiqələri də sayıb.