"İstəmirəm ki, Saakaşvilini həbs etsinlər, amma..."

quotistemirem-ki-saakasvilini-hebs-etsinler-ammaquot
Oxunma sayı: 3788


“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir İsrail KİV-nə açıqlamasında Saakaşvilinin həbs olunmasını arzu etmədiyini, lakin hadisələrin bu cür inkişaf edəcəyinin də istisna olmadığını vurğulayıb. O, Saakaşvilinin 2013-cü il prezident seçkilərindən sonra həbs ediləcəyini təxmin edib. İvanişvili həmçinin prezidentlə danışıqlar aparmaq niyyətində olmadığını qeyd edib:

“Saakaşvili məsul şəxs olub, o özü qərarlar qəbul edib. Mən istəmirəm ki, onu həbs etsinlər, lakin heç nə istisna deyil. Prokurorluq, məhkəmə var və hər kəs qanun qarşısında bərabərdir. Mən onunla danışıqlar aparmaq niyyətində deyiləm”.

Qeyd edək ki, daha əvvəl də Ədliyyə Nazirliyi, baş nazir və Baş Prokurorluq dəfələrlə gürcü prezidentinin müxtəlif işlər üzrə sorğuya çəkiləcəyini bəyan etmişdilər.