"Lider"dəki araq reklamı ilə bağlı - - Açıqlama

quotliderquotdeki-araq-reklami-ile-bagli-
Oxunma sayı: 2500


Bunu “Qazfqazinfo”ya açıqlamasında Milli Televiziya və Radio Şurasının “Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşov bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) telekanalların, xüsusən də Lider TV-nin efirində qanunla məhdudlaşdırılmış saatlarda, yəni səhər saat 07:00-dan, axşam 23:00 arasında spirtli içki reklamlarının yayımlanması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

T. Dadaşovun sözlərinə görə, yayılan bu informasiyalar yanlışdır və belə bir hal yoxdur: “Bu da qanunvericiliyin tələblərinə zidd deyil. “Televiziya və Radio Yayımı Haqqında” Qanunun 35.10-cu maddəsinə görə, istənilən teleradio yayımçısı saat 23:00-dan, 07:00-dək spirtli içki yayımlamaq hüququna malikdir. Bu baxımdan Lider TV-nin efirində yayımlanmış spirtli içki reklamları qanunvericiliyin tələblərini pozmur”.