"Lotu Quli"nin həbsxanası dəyişilmədi

quotlotu-quliquotnin-hebsxanasi-deyisilmedi
Oxunma sayı: 1582


“Nadir Səlifov Gürcüstan vətəndaşıdır, cinayət işinin materiallarında isə onun Azərbaycan vətəndaşı olduğu göstərilir. Nadir Səlifovda hazırda da Sovet Sosialist Respublikaları İttifaqının pasportudur. Hamıya məlumdur ki, Nadir Səlifov Azərbaycan vətəndaşı deyil və o, Azərbaycan pasportunu almaq həvəsi ilə alışıb yanmır. O, öz pasportunu Gürcüstanda alıb, Gürcüstanda yaşayıb, periodik olaraq Azərbaycana gedib-gəlib. Onun bütün doğmaları Gürcüstanda yaşayırlar. Paradoks bundadır ki, Azərbaycan məmurları digər Gürcüstan vətəndaşlarına Azərbaycan vətəndaşlığı vermək üçün min-bir bəhanə düşünürlər, insanlar 20 il növbə gözləyirlər, övladları Azərbaycanda hərbi xidmətə gedirlər, vergi ödəyirlər və yalnız uzun-uzadı yalvar-yaxardan sonra dövlət onlara vətəndaşlıq verir. Çox vaxt da bundan imtina olunur. Nadir Səlifovu isə Azərbaycan vətəndaşı olmadığı halda Azərbaycan vətəndaşı elan edirlər” - deyə vəkil Vesti.az-a bildirib. 

Qeyd edək ki, bir qədər əvvəl aznews.az N.Səlifovun Gürcüstanda yaşayan qohumlarının ölkə parlamentinə onun ekstradisiya olunması üçün müraciət hazırladıqları haqda məlumat yaymışdı. Həmin sənəddə “qanuni oğru”nun Gürcüstan vətəndaşı olması qabardılır və bu səbəbdən onun Gürcüstana ekstradisiyasının vacibliyi gündəmə gətirilmişdi. Həmin vaxt N.Səlifovun vəkili K.Nəsibovun müvəkkilinin Gürcüstana ekstradisiya ilə bağlı məsələnin gündəmə gəldiyini təsdiqləmişdi. Demişdi ki, N.Səlifovun ailəsi və qohumları ilə görüşünə problemlər yaradılır. Onun həbsxanadan çıxmamasını təmin etmək üçün süni əngəllər ortaya çıxır: “Nadirin bütün qohumları Gürcüstanda yaşayır. Qohumlarının onunla görüşü mümkün olmur. Xaricdə yaşayan xanımı və övladlarından başqa digər şəxslərərə görüş üçün imkan verilmir. Bəzən hətta elə olur ki, uşaqları 3 ay gözləyib, gəlsələr də görüşə icazə verilmir. Bütün bunları nəzərə alaraq “Lotu Quli”nin qohumları onun Gürcüstana ekstradasiyası ilə bağlı müraciət hazırlayıb. Mən də burada məhkəməyə müraciət edəcəyəm”.