"Məhbus ayaqyolunda olarkən damarlarını kəsib"

quotmehbus-ayaqyolunda-olarken-damarlarini-kesibquot
Oxunma sayı: 937


SalamNews-un xəbərinə görə, sözügedən istintaq təcridxanasında 1980-ci il təvəllüdlü məhbus Elnur Qüdrət oğlu Aslanovun meyiti tapılıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxovun sözlərinə görə, məhbus şüşə qırıqları ilə damarlarını kəsib: “Biz penitensiar müəssisəyə daxil olan bütün iti, kəsici-deşici alətləri məhbuslardan götürürük. Bundan əlavə, kameralar və məhbusların şəxsi əşyaları daim yoxlanılır. Lakin kameraları hər saat yoxlamaq mümkün deyil. Həyəcan siqnalı daxil olduqda kameralara dərhal baxış keçirilir. Hadisə axşam saatlarında baş verib. E.Aslanov ayaq yolunda olarkən damarlarını kəsdiyi üçün bundan heç kimin xəbəri olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.”