"Mən bacarmıram"a klip çəkildi - - Video

quotmen-bacarmiramquota-klip-cekildi-
Oxunma sayı: 890


 Klip rus dilində səslənmiş "Ya ne umeyu" (Mən bacarmıram) mahnısına çəkilib. Mahnının söz və musiqisinin müəllifi Eldar Həsənovdur. 

Klipin çəkilişləri Gürcüstanın Batumi şəhərində aparılıb. Ekran işinin rejissoru Nail Naiboğludur. Klipdə gürcü modeli Tsira çəkilib. Sujet xətti olmayan klipdə Cahangir Qurbanov gürcü qızına artıq onsuz yaşaya bilmədiyini anlatmağa çalışır. 

Qeyd edək ki, mahnı əvvəlcə "Moya bezumnaya lyubov" (Mənim dəlisov məhəbbətim) adlanırdı. Müəllif son anda musiqi parçasının adını dəyişməyə qərar verərək onu "Ya ne umeyu" adlandırıb.