"Məni həbs etsələr, işin xeyrinə olacaq" - - İbrahimbəyov

quotmeni-hebs-etseler-isin-xeyrine-olacaqquot-
Oxunma sayı: 2533


- Siz müxalifətin prezident seçkilərindəki vahid namizədi oldunuz. Bəs Azərbaycana nə zaman qayıdırsınız? 

- Mənim indi işlərim var. Avropaya getməliyəm. Avropa təşkilatları ilə görüşməliyəm. Həmçinin Türkiyəyə gedəcəyəm. Yəni xaricdə xeyli işim var. Onları başa çatdırandan sonra seçkilərə az qalmış mən Azərbaycana mütləq qayıdacağam. Başqa cür necə ola bilər ki?! Buna heç bir şübhəniz olmasın. Normal bir adam kimi başa düşürəm ki, Azərbaycan rəhbərliyindən nələri gözləmək olar. Lakin mən qəti şəkildə əminəm ki, mənim problemlərimin mənim payıma düşən missiya ilə heç bir əlaqəsi yoxdur. Mən bu missiyanı minnətdarlıq hissi ilə qəbul edirəm.  Ölkəyə gələcəyəm və məni dəstəkləyən insanların  ümid və inamlarını doğrultmaq üçün məndən asılı olan hər şeyi edəcəym. Qəti əminəm ki, Azərbaycan əhalisinin əksəriyyəti məni dəstəkləyir. Ona da əminəm ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırmaq üçün hər şeyə gedəcək. İndi əsas məsələ bu saxtakarlığa mane olmaqdır. Ona görə də ölkəyə qayıtmağım ləngiyir. Ümid edirəm ki, əgər məni həbs etsələr, bu, ümumi işin xeyrinə olacaq. Xalq birdəfəlik başa düşəcək ki, onun qarşısındakı rəhbərlik antidemokratik mahiyyətə malikdir. Buna görə də mənim həbsim işlərin xeyrinə olacaq. Mən hadisələrin bu cür cərəyan edəcəyini istisna etmirəm və qorxmuram. 

- Bəs siz hakimiyyətin dəyişilməsi mexanizmini necə təsəvvür edirsiniz?

- Hakimiyyətin dəyişilməsi mexanizmi mütləq mənada konstitusion xarakterlidir. O, əsas qanunda da yazılıb. Yeni nəsə icad etməyə gərək yoxdur. Hadisələrin sonrakı inkişafı məsələsinə gəlincə isə bunlar Milli Şuranın bəyanatlarında ətraflı əks olunub. Milli Şuranın vahid namizədi bu məsələlərə riayət etməlidir.

Qəti əminəm ki, seçkiləri saxtalaşdırmaq cəhdləri olacaq. Bunu artıq 20 ildir edirlər.