"Nağıl" Gürcüstanda gerçəkləşdi

quotnagilquot-gurcustanda-gerceklesdi
Oxunma sayı: 813


“Qafqazinfo”nun məlumatına görə, müğənnilərin ifa etdikləri "Nağıl" adlı mahnının klipi Gürcüstanda Batumidə 3 gün ərzində çəkilib.

Klipin rejissoru Nail Naiboğlu büdcəni açıqlamasa da, bildirib ki, klip çox da baha çəkilməyib.

“Yaşar da, Niyam da mənim yaxın dostlarımdır. Bizim aramızda pul söhbəti olmur. Amma hər işin müəyyən qarşılığı var”, - N.Naiboğlu deyib.

Qeyd edək ki, mahnının sözləri Azər Şirinə, musiqisi Ramal İsrafilova məxsusdur. Klipin operatoru Emin Hüseynov, prodüseri isə Pərviz Oqtayoğludur.