"Nəyinə lazımdır, qızılları götürüb Rusiyaya aparsın?"

quotneyine-lazimdir-qizillari-goturub-rusiyaya-aparsinquot
Oxunma sayı: 3148


Akif Muradverdiyev iyunun 20-də Bakı hava limanında tutulub. Elə həmin gün Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Akif Muradverdiyev Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanır, qaçaqmalçılıqda ittiham olunur.

Vəkilin sözlərinə görə, Akif Muradverdiyevin çantasından çar Rusiyası dövrünə aid, 18 min manat dəyərində qızıl sikkələrin tapıldığı iddia olunur: “Yaxınları ilə söhbət eləmişəm. Akif müəllimin nəyinə lazımdır qızılları götürüb Rusiyaya aparsın? 21-ci əsrdir, kimin xaricdə xərcləri varsa, onu kart vasitəsilə aparır. Yəni kimsə götürsün özü ilə valyuta aparsın – belə məsələlər ancaq Azərbaycan hüquq mühafizə orqanlarına xas olan əməliyyatlar nəticəsində ortaya çıxır”.