"Opel" "Kamaz"la toqquşdu- - xəsarət alanlar var

quotopelquot-quotkamazquotla-toqqusdu-
Oxunma sayı: 864


“Qafqazinfo”-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,   rayonun Saray qəsəbəsində (Saray körpüsünün yaxınlığında) “OPEL” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub. Nəticədə, yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb, minik avtomobili isə deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “OPEL” markalı minik avtomobilində olan digər yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.  

Əməliyyat saat 16:21-də başa çatıb.