"Putindən tələb edə bilmərəm"

quotputinden-teleb-ede-bilmeremquot
Oxunma sayı: 1927


“Qafqazinfo” xəbər verir ki, İbrahimbəyov müsahibəsində onu kinorejissorluqdan siyasətə, prezidentliyə namizədliyə gətirən səbəblərdən, Azərbaycanda seçkiqabağı vəziyyətdən, həbs olunması ehtimalından və Milli Şurada yaranan vahid namizəd “böhran”ından danışıb. 

“Qafqazinfo” müsahibədən bəzi çıxarışları təqdim edir: “Rusiya mənim vətəndaşlıqdan çıxmaqla bağlı xahişimə baxır. Bu, çox yavaş gedən prosedurdur və aylarla davam edir. Putin istisna hal kimi bir qərar qəbul etməlidir, misal üçün, o, fransız aktyoru Jerar Depardyenin vətəndaşlıq məsələsinin həllində etdiyi kimi. Əlbəttə, mən tələb edə bilmərəm, mən istisna qərar qəbul edilməsi üçün ancaq xahiş edə bilərəm. Əhatəmdə olan insanların bəziləri çox ağır cinayətlərdə ittiham olundular. İstəyirlər ki, mən yumşalım və Azərbaycana qayıtmayım və əgər qayıtsam onları uzun müddətliyə həbs edəcəklər. Məni də həbs edəcəklər, ona görə də hələlik gəlmirəm. 

Gözləyirəm ki, qeydiyyatdan keçmək üçün sənədlər hazır olsun, o zaman hansısa təhlükəsizliyin təminatından söhbət gedə bilər. Məndən soruşurlar, bütün bunların bir mənası varmı, mən qalib gələ bilərmiyəm? Mən isə hesab edirəm ki, mən və dostlarım artıq qalibik, çünki biz bu rejimə qarşı çıxdıq və davamlı olaraq onunla mübarizə aparırıq. Kifayət qədər açıq ictimai rəy formalaşır, xalq daim narazıdır, lakin qorxu, heyvani qorxu hələ də qalır, çünki insanları heç bir şeydən həbs edirlər. Biz bilirik ki, qalib gəlmək şansı böyükdür, lakin eyni zamanda başa düşürük ki, saxtakarlıq olacaq. Hər şey bu seçkilərlə başa çatmır”.