"Qadının səsini yad kişi eşitməməlidir"

quotqadinin-sesini-yad-kisi-esitmemelidirquot
Oxunma sayı: 2917


Bu barədə Lent. az-a müğənni özü məlumat verib: “İlk növbədə Allahdan günahlarımızın bağışlanmasını diləyirəm. Bütün günü dualarımı əsirgəmirəm. Namaza gələndən sonra düşündüm ki, yeni mahnılar yazdırmayım. Çünki, şəriətə görə, bir qadının səsini yad kişi eşitməməlidir. Bu, günahdır. Mən də bunu nəzərə alıb, mahnı yazdırmağı özümə qadağan etdim. Bundan sonra qadın məclislərində oxuyacam. Studiyada mahnı lentə aldırmayacam. Başı örtüksüz şəkillərimi yayımlayanlara halallıq verməyəcəyimi söyləmişdim”.
 
İfaçı daha sonra, həyat yoldaşından söz açıb:
 
“Elçinlə bir-birimizi yaxşı başa düşürük. O, mənə bütün işlərimdə dəstək olur. Nəsə lazım olanda onunla məsləhətləşirəm. Bundan əlavə günümün çox hissəsini övladlarıma həsr edirəm”.