"Qadınlara onun kimi ər arzulayıram"

quotqadinlara-onun-kimi-er-arzulayiramquot
Oxunma sayı: 4914


Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşını sosial şəbəkə vasitəsilə təbrik edib. Xalq artisti onun ünvanına təriflər yağdırıb:

“Bu gün (dünən) Ədalət müəllimin ad günüdür. Biz artıq 25 ildir ki, evliyik, o, çox zəhmətkeş insandır. İndiyədək o da, mən də öz ad günlərimizdə işləmişik, süfrə arxasına əyləşib ünvanımıza təriflər dinləməmişik. Ədalət müəllim, yeni yaşın mübarək olsun. Bu dünyada bütün uşaqlara Ədalət kimi atası, xanımlara isə onun kimi həyat yoldaşı olmasını arzulayıram”.