"Qara Tofiq"in qatili tutuldu

quotqara-tofiqquotin-qatili-tutuldu
Oxunma sayı: 4489


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, avqustun 29-da Sabunçu rayonu ərazisində T.Həsənovu tapança ilə qətlə yetirmiş Bakı şəhər sakini G.Abbasov tutulub

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Sabunçu rayonu ərazisində Tofiq Həsənovu tapança ilə qətlə yetirmiş Bakı şəhər sakini Güloğlan Abbasovdan 1 ədəd “Makarov” tipli tapança götürülüb.

***

"Qafqazinfo"ya Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, avqustun 29-da Sabunçu rayonu ərazisində paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başladılıb.

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.