"Qoymamalıyıq ki, Putini Azərbaycan düşməninə çevirsin"

quotqoymamaliyiq-ki-putini-azerbaycan-dusmenine-cevirsinquot
Oxunma sayı: 1559


Bu barədə “Qafqazinfo”ya açıqlama verən partiya sədri qeyd edib ki, Rusiyanın müstəqillik günü münasibətilə RF prezidenti Vladimir Putin erməni şahnazarovla yanaşı, Azərbaycanın tanınmış rəssamı Tahir Salahova da ölkəsinin ali dövlət mükafatını təqdim edib: 

“Həm Tahir Salahova ən yüksək mükafatın verilməsi, həm də Evrovison mahnı müsabiqəsində Azərbaycanın təmsilçilərinə onlar tərəfindən 12 bal verilməsi Rusiyanın Azərbaycana münasibətinin göstəricisi kimi qəbul etmək lazımdır. Rusiya super güc olaraq regionun əsas dövlətlərindən biridir. Biz heç vaxt qoymamalıyıq ki, erməni lavrovlar Azərbaycanın dostu olan Putini ölkəmizin düşməninə çevirsin. Bizim həll olmayan Qarabağ problemimiz var. Biz elə etməliyik Rusiyanı münaqişənin həllinə maneçilik törədən dövlətdən onun həllinə kömək edən dövlətə çevirək. Bu kifayət qədər ciddi məsələdir. Ona görə də Azərbaycan Rusiya ilə balanslaşdırılmış siyasət yürütməlidir”.

Günel