"Seçimimdən ailəmin belə xəbəri yoxdur"- - Xamneyi

quotsecimimden-ailemin-bele-xeberi-yoxdurquot-
Oxunma sayı: 1270


“Qafqazinfo” xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyi ilk olaraq səsvermə hüququndan istifadə edib. Seçki məntəqəsində Xamneyi çıxış edərək şəxsi istəyindən irəli gələn namizədə səs verdiyini və seçimindən ailəsinin belə xəbəri olmadığını deyib. Xamneyi həmçinin bildirib ki, İran üçün ABŞ-ın burada keçirilən seçkiləri  demokratik hesab edib-etməməsinin heç bir önəmi yoxdur. 

Seçkilər bu gün yerli vaxtla səhər saat 08:00-da başlayıb. Ümumilikdə səsvermədə iştirak üçün 66 min seçki məntəqəsi yaradılıb və səsvermə hüququ olan 50,5 milyon İran vətəndaşı seçkilərə qatıla bilər. 

Seçkiləri 39 ölkədən gələn 421 jurnalist işıqlandıracaq. 

İran prezidentliyi uğrunda Məhəmmədbağır Qalibaf, Əli Əkbər Vilayəti, Səid Cəlili, Həsən Ruhani, Möhsün Rzayi və Məhəmməd Qərəzi mübarizə aparacaq.