"Sən nə qanırsan Azərbaycan ədəbiyyatı nədir?" - Qalmaqal+Video

quotsen-ne-qanirsan-azerbaycan-edebiyyati-nedirquot
Oxunma sayı: 3614

 
Kulis.Az-ın məlumatına görə AYB-dəki istefaların müzakirə edildiyi verilişdə Rəşad Məcid “Daş yuxular” əsərini tənqid etdikdə Əkrəm Əylisli əsəbiləşib: “Sən nə qanırsan əsər nədir? Sən nə qanırsan Azərbaycan ədəbiyyatı nədir? Bir hekayə yazmısan, mənə də deyiblər ki, o hekayə haqda müsbət fikir de. Keçmişini niyə unudursan?”
 
Rəşad Məcid də cavabında Əkrəm Əylislini xıltlı olmaqda ittiham edib: “Yazıçı olmaq üçün istedad lazımdır, əmək lazımdır. Amma xıltsız, kinsiz iç lazımdır. Siz o vaxt bir yazıçı haqqında demişdiniz ki, Azərbaycan dilində bu qədər gözəl danışan adam pis adam ola bilərmi? Mən də sizinlə razı idim. Amma indi görürəm ki, ola bilərmiş”.