"Sizə göstərsəm, şok olarsınız" - - Aygün Kazımova

quotsize-gostersem-sok-olarsinizquot-
Oxunma sayı: 5938

Xalq artisti Aygün Kazımova özünü çox xoşbəxt hiss etdiyini deyib. 

Axşam.az-ın məlumatına görə, müğənni “Lider” telekanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında sevənlərinin onu kövrəltdiyini bildirib:

“Azərbaycanı tərk edəcəyim haqda xəbərlərdən sonra telefonuma elə SMS-lər gəlir ki... Bu, dəhşətdir. Pərəstişkarlarım məni fikrimdən döndərmək üçün elə sözlər yazırdı ki... O mesajları sizə göstərsəm, şok olarsınız. Necə təriflər, gözəl sözlər... Əmin oldum ki, bu sənətə sərf etdiyim 25 il boşa getməyib. Qurban verəndə bilirəm ki, nəyə, kimlərə qurban vermişəm. Dünyanın ən xoşbəxt qadını mənəm”.