"Sözümün ağasıyam" - - Aygün

quotsozumun-agasiyamquot-
Oxunma sayı: 3053


"Qafqazinfo" xəbər verir ki, Aygün Kazımova yeni mahnısı ilə bağlı fikirlərini bölüşüb:

“Bu gün mənim iki layihəm birdən reallaşdı. Biri  “Telafisi yok” mahnısıdır. Musiqisi və sözləri Elif Nur İçden, oranjeman isə Mert Eli İçdene aiddir. Və ən əsası dünya layihəm “Coffee from Columbia” çıxdı. Hələlik aşağı keyfiyyətdə bir hissəsi dinlənilə bilər. Albomun üzlüyü, ora daxil olan mikslər, DJləriin adları və sıralanmasını görə bilərsiniz.

Bir neçə dünya saytları ilə müqavilə bağlanılıb. İndi onlardan birini sizə təqdim edirik. Mahnının orijinal versiyaları yalnız o saytlardan yüklənilə bilər. Birazdan isə növbəti mərhələ başlanır. Mahnıları dinləyib istədiyinizi yükləyə biləcəksiz və ardınca klip təqdim olunacaq.

Yalnız onu deyə bilərəm ki, çox xoşbəxtəm və sözümün ağasıyam.”