"Tamamilə dezinformasiyadır" - - Müdafiə Nazirliyindən cavab

quottamamile-dezinformasiyadirquot-
Oxunma sayı: 3330


“Qafqazinfo” “MilAz”-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Bərdə korpusunda bölük komandiri öz rəislərini girov götürüb: “Bir müddət əvvəl zabitlər şəxsi hesablarına əsgərlərin məişət şəraitinin yaxşılaşdırılmasına məcbur ediliblər. Komandanlıq tərəfindən verilən qeyri-qanuni göstərişləri əməl etməyə məcbur olan zabitlərin yerli mağazalara külli miqdarda borcu yaranıb. Bu cür göstərişin verilməsi korpusa Müdafiə Nazirliyinin İnpeksiyasının gəlişi ilə bağlıdır. Sözügüden hərbi birləşmədə bölük komandiri vəzifəsində işləyən zabitlərdən biri əvvəlcə tabor, daha sonra isə briqada komandirini girov götürərək etiraz edib. Daha sonra həmin zabit zərərsizləşdirilərək həbs edilib”.

Bir qədər sonra Müdafiə Nazirliyinin məsələ ilə bağlı münasibəti dərc olunacaq.

***

Müdafiə Nazirliyi Bərdədəki insidentlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, qeyri-peşəkar saytlardan biri qərəzli şəkildə belə məlumat yayıb ki, guya Bərdə hərbi birləşməsində baş verən inisident zamanı bölük komandiri öz rəisini girov götürüb. Bildiririk ki, yazılanlar tamamilə dezinformasiyadır və həqiqəti əks etdirmir.