"Uşağa baxıram, ona görə evdən çıxmıram" - - Xatirə

quotusaga-baxiram-ona-gore-evden-cixmiramquot-
Oxunma sayı: 1852


"Çünki yaydır, bağda hamı yeyib-içir. Hər gün sac bişirirəm, kabab eləyirlər, anam gündə 2-3 cür yemək hazırlayır. Mən özüm hələ nələr bişirirəm!? Bir tortlar eləyirəm ki, gəl görəsən. Hər gün tort bişirirəm. Mən ümumiyyətlə yemək bişirmək xəstəsiyəm. Sənətçilər arasında inanmıram mənim kimi yemək bişirən olsun. "

Həyat yoldaşı Fəxrəddinlə birlikdə Gövhər Həsənzadənin qızının ad gününə qatılan Xatirə həyat yoldaşı Fəxrəddini də kamera qarşısına çağırdı. Fəxrəddinin başında kepka ilə müsahibə verməsini üzrlü səbəb olduğunu qeyd edən müğənni, onun başından əməliyyat keçirdiyini bildirdi. 

"Söz-söhbət olur, amma dava dərəcəsinə çatmır, sözlə bitir" - deyən cütlük aralarında söz-söhbət yaşandığını danmadı.

Xatirə balaca Emilə görə sənətdən uzaq qaldığını söylədi: “Uşağa baxıram, ona görə evdən çıxmıram. Dayə tutmuşam, amma yenə də etibar etmirəm. Bütün günü dayənin yanında gəzirəm. Amma yaxın günlərdə işimə qayıdacam. İki yeni mahnı çıxaracam. Gövhər Həsənzadənin “Biri var burda” mahnısına klip çəkdirəcəm”./anspress/