"Vergilər" mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib

quotvergilerquot-movzusunda-telebe-ve-magistrantlar-arasinda-olimpiada-kecirilib
Oxunma sayı: 771


“Qafqazinfo”ya daxil olan məlumata görə, “Vergilər” mövzusuna həsr olunmuş bu ənənəvi Olimpiada Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, hər il Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirib. 

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib.

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb

I yer      -    Abdullayev Əli Şahmar oğlu (Azərbaycan Universiteti)

II yer     -   Müseyibov Ayaz Rafiq oğlu (AzDİU) 

III yer    -   Əhmədov Vüsal Əli oğlu (AzDİU)

Azərbaycan Universitetinin tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülüb.

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb

I yer      -  Mirzəyev Asif Nizaməddin oğlu (AzDİU)

II yer     -   Həmidova Mədinə Bəhruz qızı (AzDİU)

III yer    - İlyasov Ramin Adıgözəl oğlu  (AzDİU)