Quran dərsi deyən qadınla polisin mübahisəsinin- - Təfərrüatları

quran-dersi-deyen-qadinla-polisin-mubahisesinin-
Oxunma sayı: 2295


Hicablı müəllimə Xuraman Məhəmmədova polis şöbəsində də harınlanmış polis məmurlarının nalayiq sözləri və təhqiri ilə üzləşib.Belə ki, hicablı Xuraman müəlliməyə bildirilib ki,polis şöbəsinə onun sələmə verməsi və çantasında camaatın pensiya kartlarının olması barədə məlumat daxil olub.

Xuraman müəllimə polis şöbəsində bir neçə saat saxlanıldıqdan sonra ona deyiblər ki,bağışlayın yalnışlıq olub.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Cenubnews.com İnternet Qəzeti Məhəmmədova Xuramanın hüquq müdafiəçisi Kazımov Sədrəddinlə əlaqə saxlayıb.Sədrəddin Kazımov bildirdi ki,"iyun ayının 2-də saat 18, 20 radələrində Xuraman müəllimənin ailəsi tərəfindən mənə zəng gəldi ki, bəs Xuraman müəllimə polis şöbəsinə aparılıb.Məndə dərhal polis şöbəsinə getdim.Məlum oldu ki, Məhəmmədova Xuraman sahə müvəkkili kimi tanınan polis mayoru Əliyar tərəfindən zorakılıqla,nəlayiq ifadələr söyləyərək şəxsi maşınına mindirilib.Xuraman müəllimə polis şöbəsinə gətirildikdən sonra da ona qarşı nəlayiq ifadələr işlədilib.Həmçinin ona deyilib ki,bir çadralı qadın var oğurluq edib, sən bəlkə o qadınsan,sən separatçısan və s. ittihamlarla hicablı müəlliməni polis məmuru təhqir edib.Hüquq müdafiəçisi bildirdi ki,bununla bağlı həmən polis Lənkəran Şəhər-Rayon Şöbəsinə heç bir məlumat verməyib.Sahə rəisi özbaşına iş görərək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yuxarı rəis heyyətinə heç bir məruzə etmədən və yuxarı rəis heyyətindən heç bir tapşırıq almadan bu addımı atıb.Bir sözlə demək olar ki, bu polis məmuru qeyri-qanuni yolla,hansısa bir qüvvəyə işləyir və inanclı insanlarla dövlət arasında olan körpünü sındıraraq qarşıdurma yaratmaq istəyir.Bu polis məmurunun icmaiyyət içində bir insanı alçaltmağı heç bir qanuna sığmır və biz şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişik ki,həmən polis əməkdaşı dərhal cəzalandırılsın və vəzifəsindən kənarlaşdırılsın.Polis şöbəsində də Xuraman müəllimədən şəxsən üzr istənilib və bildirilib ki, polis əməkdaşı cəzasını alacaq".

Həmçinin bu xəbəri eşidən Lənkəran inanclıları hicablı xanımı təhqir edən polis əməkdaşının cəzalandırılmasını tələb ediblər.Belə ki, inanclılar adından dini icma şurasının ağsaqqalı İsmayılov Vüqar rayon polis şöbəsinə yollanaraq bildirib ki,hicablı xanımı təhqir edən hər hansı bir polis əməkdaşı olursa olsun cəzalandırılmalıdır.Polis şöbəsindən ağsaqqal Vüqar İsmayılova bildiriblər ki, polis şöbəsinə şikayət edildikdən sonra hər hansı bir polis əməkdaşı vəzifəsindən asılı olmayaraq cəzalandırılacaq.