“Quran islamında elm və cihad anlayışları”

quran-islaminda-elm-ve-cihad-anlayislari-
Oxunma sayı: 1452


"Qafqazinfo" xəbər verir ki. layihənin rəhbəri Vasif Sadıqlı “Quran islamı və elm” mövzusunda məruzə edib. O bildirib ki, Qurana görə, elm Allahın varlığına şahidlik edən ən etibarlı güclərdən biridir. Müqəddəs Kitabımız insanı yaradıcılığa, bütün aspektlərdə – canlı və cansız təbiətdə, insanın özündə olan ayətlərin araşdırılmasına çağırır. «Şübhəsiz, dərindən düşünənlər üçün ayələr var yer üzündə və sizin öz xilqətinizdə. Görməzmisiniz bunları?» (Zəriyət, 20-21), deyə o fikrini Quran ayəsi ilə əsaslandırıb. Dinimizə görə, elmlənmək bir ibadətdir, müsəlman sivilizasiyasının bütün uğurları Quranın elmə verdiyi dəyərdən güc alıb, deyə natiq vurğulayıb. Ölkəmizdə təhsildən yayınma hallarının bəzi ailələrdə olan dini mövhumatçılıq ənənəsi və qonşu ölkələrdən idxal edilən yanlış dini təsəvvürlərlə şərtlədiyini qeyd edən V.Sadıqlı “dini” mülahizələrdən qaynaqlanan dünyəvi elmlərə biganəlikdən danışıb, təhsildən yayınma və erkən nikahlarla bağlı statistikanı açıqlayıb.

Daha sonra DDM üzvü Pəri Qasımzadə çıxış edib. O bildirib ki, “cihad”ın kökü olan “cəhd” Qurani-Kərimdə törəmələriylə birlikdə qırxa yaxın yerdə işlənilib və qərarlı və şüurlu çalışma deməkdir. İslam ədəbiyyatında bu çalışmanın bədəni olanına «cihad», ruhi olanına «mücadilə», fikri və elmi olanına «ictihad» deyilir. Quran terminologiyasında «cihad» dediyimiz üç tip cəhdin hamısını ifadə edəcək şəkildə işlədilir. Quran bunu «Allah yolunda çalışmaq» şəklində ifadə edir.

Din və Demokratiya Mərkəzi 1998-ci ildə yaradılıb.