Quran oxuyan qadının baş bağlaması şərt deyil

quran-oxuyan-qadinin-bas-baglamasi-sert-deyil-
Oxunma sayı: 4538


“Qafqazinfo” islam.az-a istinadən xəbər verir ki, bununla belə, hicaba riayət etmək bəyənilən işdir. Bu, Qurana hörmət əlaməti olar. Ümumiyyətlə, bu kimi məsələlərdə adət-ənənələrdən də nümunə götürə bilərik. Məsələn, şəriətə görə gəlin qaynatanın yanında hicabsız gəzə bilər. 

Amma xalqımızın adət-ənənəsinə görə, gəlin qaynatanın yanında başıaçıq gəzməz, hətta bəzi ailələrdə yaşmaq tutar. Elə isə, Allahın kitabı olan Qurana da bu cür ehtiram göstərməyimiz yerinə düşər.