“Qurandakı sözlər Azərbaycan dilində deyilməlidir” - - Spiker

qurandaki-sozler-azerbaycan-dilinde-deyilmelidir-
Oxunma sayı: 4759


G.Baxşəliyeva deyib ki, din xadimlərinin bilikləri təkmilləşdirilməlidir: "Onların savadları, bilikləri artırılmalıdır. Ümumi dini-mədəni səviyyəsi aşağı olan insanlar bu sahədən uzaqlaşdırılmalıdır. Onlara azərbaycançılıq prinsipləri əsasında tədris keçilməlidir. Bu istiqamətdə müntəzəm, gərgin iş aparılmalıdır".

Parlamentin spikeri Oqtay Əsədov bu təklifə cavabında qeyd edib ki, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərim insanlara həm də Azərbaycan dilində oxunmalıdır: "Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Yavaş-yavaş bu fikrə də baxmaq lazımdır ki, əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamısı başa düşsün. Oturub dini işçiləri arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var, dini mərkəzlər var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik, Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Bu istiqamətdə də fikirləşmək lazımdır".