“Quranı əzbər bilən insanam” – - Məleykə Əsədova

qurani-ezber-bilen-insanam-
Oxunma sayı: 5726


"Qafqazinfo"nun Axşam.az-a istinadən verdiyi məlumata görə, falçılardan bəhs edən teleaparıcı aktrisaya bu haqda sual ünvanlayıb. Mətanət Əliverdiyevanın “Verilişlərin birində demişdiniz ki, mənə cadu ediblər, falçı yanında şəklimi gördüm. Yəqin, özünüz falçılara müraciət edirsiniz ki, bunu görmüsünüz” sözlərinə M. Əsədova belə cavab verib: 

“Mənə bu yaraşmaz. Heç vaxt falçı yanında olmamışam. Aktrisayam, böyük rolları, əsərləri yadımda saxlayıram. Mən öz düşüncələrimin nə olduğunu, nə danışdığımı yaxşı bilirəm. Siz səhv salırsınız. Quran ayələrini əzbər bilən insanam. O hisləri özümdən uzaq tuturam. Cadu ilə məşğul olan gözəl ola bilməz”.

M.Əliverdiyeva isə aktrisaya inanmadığını bildirib: “Siz nə danışırsınız? Mən xəbərlərdə işləyən adamam, yalan danışmıram. 1980, 1970-ci illərdə nələr baş verib, hamısı yadımdadır, uşaqlığımı belə xatırlayıram. Siz demişdiniz ki, falçının yanında olmuşam”.