Quranın tatar dilində ilk təfsiri hazırlanıb

quranin-tatar-dilinde-ilk-tefsiri-hazirlanib
Oxunma sayı: 646

İslam.az-ın azerimuslim.com saytına istinadən verdiyi məlumata görə, xəbərlərdə təfsirin ərəb dünyası və müsəlman alimlərin əlyazması əsərlərini tədqiq edən mütəxəssis Ənəs Xalidov tərəfindən hələ 2001-ci ildə hazırladığı, lakin tədqiqatçının vəfatından dolayı yarımçıq qalan əsərin dr.Seyfullina tərəfindən tamamlanaraq işıq üzü görəcəyi bildirilib.

Seyfullina Ənəs Xalidovun görkəmli elm xadimi olduğunu vurğulayaraq, həyatının son dövrlərində başladığı təfsir işini tamamlaya bilməməsindən kədərləndiyini deyib.

Qeyd edək ki, Quranın Xalidov tərəfindən ilk təfsiri Tatarıstan Din İşləri Komitəsi və Rusiya İslam Universiteti heyəti tərəfindən təsdiqlənib.