Quraqlıq bütün ölkəyə yayılır

Quraqlıq bütün ölkəyə yayılır
Oxunma sayı: 1058

İran Milli Quraqlıq Meteorologiya Böhran Rəhbərliyi Mərkəzinin son açıqlamasına görə quraqlıq bütün İrana yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Xuzistan, İlam, Kohgiluyə, Fars, Buyer Əhməd, Sistan-Bəlucistan, Cənubi və Şimali Xorasan, Rəzəvi, İsfahan, Zəncan kimi bölgələrdə quraqlığın həddən artıq ölçülərdə olduğu bildirilib.

Mərkəzin rəhbəri Şahrux Fatihin sözlərinə görə vəziyyətdən çıxış yolu ancaq su israfını azaltmaqdır. 

Xatırladaq ki, quraqlıq səbəbi ilə tarixi Urmiya gölü quruyub.

Ülviyyə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi