Qurban bayramı günlərində heyvanların satışı təşkil ediləcək

qurban-bayrami-gunlerinde-heyvanlarin-satisi-teskil-edilecek
Oxunma sayı: 657

Bu barədə çərşənbə günü Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 25-26-da keçiriləcək, bu da cümə axşamı və cümə gününə düşür. İstirahət günləri nəzərə alınmaqla, oktyabrın 25-dən 28-dək qeyri-iş günü hesab olunur.

"Ənənəyə görə, bu il Bakının və onun rayonlarının ayrı-ayrı nöqtələrində qurbanlıq heyvanların satışı təşkil ediləcək. Hazırda hazırlıq işləri aparılır, satış yerləri müəyyənləşdirilir. Bu məntəqələrdə satış bazar qiymətindən ucuz olacaq", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, bayram zamanı qurbanlıq heyvan və ətə tələbatın artdığını nəzərə alaraq, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə bazarlarında və satış məntəqələrində monitorinqləri gücləndirəcək.

"Qiymətlərin süni artımının qarşısını almaq məqsədilə Dövlət Xidməti bayramdan öncə və bayram günlərində monitorinqləri gücləndirəcək", - Əliyev vurğulayıb.