Qurban Bayramı Səbailda qeyd edilib

qurban-bayrami-sebailda-qeyd-edilib-
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev mərasimə toplaşanları Qurban Bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O, həmçinin rayon ictimaiyyətinin nümayəndələrindən iki nəfərin Həcc ziyarətinə göndərildiyini də bildirib.

Səbail rayonunda Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə isə 2400 ailəyə qurban payları verilib.

Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də keçirilmiş, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunub.