“Qurban belə gəlinə” - - Nadir

qurban-bele-geline-
Oxunma sayı: 1916


“Qafqazinfo” xəbər verir ki, sözləri Aşıq Əhlimana, musiqisi Vaqif Mustafazadəyə məxsus olan mahnıya rejissor Nail Naiboğlu ekran həyatı verib.

Həyata keçirdiyi layihəsindən söz açan Qafarzadə bildirib ki, klip xüsusi olaraq V.Mustafazadənin doğum günü üçün hazırlanıb: 

“Yeni klipim işıq üzü gördü. Bildiyiniz kimi sabah ölməz bəstəkarımız Vaqif Mustafazadnin yubileyidir. Vaqif Mustafazadə bəstəsinə müraciət etməyim çoxdankı arzum və istəyim idi. İstəyimi həyata keçirdikdən sonra, bu bəstəyə klip çəkdirmək barədə düşündüm. Məhz bu gündə həmin klipi təqdim etdim. Allah Vaqif müəllimin ruhunu şad etsin”.

N.Qafarzadə onu da əlavə edib ki, klipdə Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva da rol alıb: 

“Klipdə mənim bu sənətdə 3 dostumdan biri, bəlkə də birincisi sayılan “Göyçək” Fatimə də rol alıb. Tərəf müqabilim odur. Klipi çəkən rejissor Nail Naiboğluna və onun komandasına da çox sağolumu bildirirəm”.

Qeyd edək ki, V.Mustafazadə 1940-ci il martın 16-da İçəri şəhərdə dünyaya gəlib və 1979-ci ildə (39 yaşında) Özbəkistanda dünyasını dəyişib. Ölməz sənətkar Azərbaycan caz musiqisi və caz muğamının banisidir.