Qurban Qurbanov ağlamağından danışdı

qurban-qurbanov-aglamagindan-danisdi
Oxunma sayı: 1798

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen”ə 1:2 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarında ölkəmizə gələn Ağdam klubu azarkeşlər tərəfindən böyük izdihamla qarşılanıb. Komandanın çalışdırıcısı Qurban Qurbanov hava limanında saytımızın əməkdaşının da suallarını cavablandırıb.

Qurban Qurbanovun müsahibəsini təqdim edirik:

- Qələbə təəssüratlarınız necədir və hər qoldan sonra hansı hissləri keçirirdiniz?

- Çox sağ olun, hamınızı - azarkeşlərizimi, xalqımızı təbrik edirəm. Çətin oyun idi. Məğlub olsaq da, istəyimizə çatdıq. Belə oyunlar bizə ancaq fayda verir. İlk dəfə idi ki, Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparırdıq. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hər qoldan sonra keçirdiyim hissləri isə sözlə ifadə edə bilmirəm. Bu, başqa hisslərdir. Belə hallar olur.

- Sizi ilk təbrik edən kim oldu?

- Artıq yadımda deyil (gülür) 

- Oyundan sonra sizi kimi bütün ölkəmiz sevinc göz yaşlarına doldu...

- Oldu... Normaldı. İşimizdə belə hadisələr olur. 

- İbrahim Şehiçin səhvindən sonra nə düşünürdünüz?

- Heç bir şey. Səhvsiz futbol olmur. Qollar səhvlərdən vurulur. Normal düşünürdüm.

- Qrup mərhələsində hansı rəqibləri arzu edirsiniz?

- İnşallah hansı komandalar düşsə, oynayacağıq. 

- Hava limanından sonra ilk olaraq hara gedəcəksiniz və ilk işiniz nə olacaq?

- Evə gedəcəm.

- Azərbaycan xalqı bu gecə yatmayıb. Azarkeşlərə sözünüz nədir?

- Hər kəsə təşəkkür edirəm. Bu qələbə ölkəmizdə futbolu daha da sevdirdi. Azarkeşlər çox sevindilər. Ölkədə futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Bu oyun bizim birliyimiz üçün çox vacib oldu.