Qurban Qurbanov bu gecə Barselonaya gedir

qurban-qurbanov-bu-gece-barselonaya-gedir
Oxunma sayı: 643

Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov 1 həftə ərzində İspaniyanın dünyaca məşhur “Barcelona” klubunun düşərgəsində olacaq.

Qurbanovu İspaniyada Anar Məmmədli və metodiki-məşqçi Borçe Xristov müşayət edəcək. Səfər çərçivəsində katalonların məşqlərini izləyəcək baş məşqçinin müəyyən görüşlərinin baş tutması gözlənilir. Qurban Qurbanov eyni zamanda səfər çərçivəsində “Barcelona”nın oyunlarını da izləyəcək.

Belə ki, yanvarın 13-də İspaniya kubokunda Osasunada yerli komandayla katalonların cavab görüşünü izləyəcək çalışdırıcı ardınca “Nou Kamp”da yanvarın 15-də baş tutacaq “Barcelona” – “Betis” mücadiləsini izləyəcək. Növbəti gün isə nümayəndə heyəti Bakıya qayıdacaq.