Qurban Qurbanov millidə ilk oyununu Gürcüstana qarşı keçirəcək

qurban-qurbanov-millide-ilk-oyununu-gurcustana-qarsi-kecirecek
Oxunma sayı: 1715

Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi.

Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.
 
Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.
 
Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.