Qurban Qurbanov Modriç, Qrizman və Ronaldonu seçdi

qurban-qurbanov-modric-qrizman-ve-ronaldonu-secdi
Oxunma sayı: 1950

Azərbaycandan FIFA-nın "The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinə rəhbərlik edən Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi seçimində Didye Deşam, Zinəddin Zidan və Xosep Qvardiolaya səs verib. O, futbolçulardan ardıcıllıqla Antuan Qrizmann, Luka Modriç və Kriştiano Ronaldonu fərqləndirib.

Yığmanın kapitanı Kamran Ağayev isə müvafiq olaraq, ən yaxşı baş məşqçi seçimində Zinəddin Zidan, Yurgen Klopp və Xosep Qvardiolanın adlarını qeyd edib. Futboçuların seçimində isə Kriştiano Ronaldo, Məhəmməd Salah və Lionel Messiyə səs verib.

Səsvermədə iştirak edən Azərbaycanın kişi idman jurnalisti Rasim Movsümovun seçimləri isə doğru olub. O, ən yaxşı baş məşqçi nominasiyasında ardıcıllıqla Didye Deşam, Zlatko Daliç və Stanislav Çerçesovun adlarını qeyd edib. Futbolçulardan isə Luka Modriç, Kilyan Mbappe və Məhəmməd Salahı fərqləndirib.

Ən yaxşı oyunçu seçimində Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə Meqan Rapino ("Sietl Reyn", ABŞ), Lüsi Bronze ("Lion", Fransa) və Amandin Anriyə ("Lion", Fransa), baş məşqçi Vüqar Əsgərli Lüsi Bronze ("Lion", Fransa), Ada Hegerberq ("Lion", Fransa) və Meqan Rapinoya ("Sietl Reyn", ABŞ), media işçisi Lalə Dəmirova Lüsi Bronz Renar Vendi və Kumaqai Sakiyə səs verib.

Ən yaxşı baş məşqçi seçimində Əsgərli Sarina Viqman, Reynal Pedroes və Asako Takakuraya, Cəfərzadə Sarina Viqman, Reynal Pedroes və Xorxe Vildaya, Dəmirova isə Alen Stayçiç, Asako Takakura və Vilda Xorxe səs verib.

Qeyd edək ki, 2018-ci ilin ən yaxşı baş məşqçisi adına Deşam layiq görülüb. Futbolçulardan isə Modriç mükafatın sahibi olub.