Qurban Qurbanov mövqeyini qorudu

qurban-qurbanov-movqeyini-qorudu
Oxunma sayı: 754

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qərarlaşıb.

“Qarabağ”ın təcrübəli baş məşqçisinin ötən həftə olduğu kimi, hesabında 1073 xal var. Bununla 502-ci pillədəki mövqeyini qoruyan 47 yaşlı Qurbanov Kike Sançes Flores, Filippo İnzagi və Roberto Donadoni kimi tanınmış simaları qabaqlayır.