Qurban Qurbanov mükafat aldı

qurban-qurbanov-mukafat-aldi
Oxunma sayı: 638

“Qafqazinfo”nun qol.az-a istinadən yaydığı məlumata görə, komandanın gənc çalışdırıcısı Qurban Qurbanov Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri fərmanı ilə təltif edilib.

“Rəvan” – “Qarabağ” matçından əvvəl Azərbaycan İdman və Gənclər nazirliyinin futbol şöbəsinin müdiri Nüvər Xasıyev Qurbanovu diplomla təltif edib.


Dörd ildir məşqçiliyə başlayan Qurban Qurbanov 4 ilin hər birində medal qazanıb: 2 bürünc, 1 gümüş və 1 ölkə kuboku. Qeyd edək ki, o, “Qarabağ”la eyni zamanda Avrokuboklarda Azərbaycanın ən yaxşı nəticələrini qazanıb. Son 3 ildə Avroliqada 10 mərhələ oynayan və 7 dəfə növbəti tura yüksələn “Qarabağ”ın baş məşqçisi məhz 39 yaşlı Qurbanov olub. O, indidən “Qarabağ”ı ən uzun müddətə çalışdıran məşqçi kimi tarixə düşüb.


Fatimə